Sunday, September 23, 2012

Ответ: [XİLAS] Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP...

Bu rejim bütün qəddarlığını bir ailənin...
Saadet Cahangir 23 сентябрь г. 13:06
Bu rejim bütün qəddarlığını bir ailənin faciəsinə yönləndirəcək qədər cılızmış. Deməyə söz belə yoxdur.
Предыдущие комментарии
Asif Yusifli
Asif Yusifli23 сентябрь г. 13:00
Tezexan beyin mubarize ezmini gordukce dushunurem. Hetta romanlardan oxudugumuz qehramanklarin coxu onun dozumu, ezmkarligi qarshisinda xirda gorunur. Amma men inaniram ki, qelebe Tezexan beyin temsilcisi oldugu xalqin terefinde olacaq. Zalimlar oz qanlarinda bogulacaqlar.
Behruz Tagizade
Behruz Tagizade23 сентябрь г. 12:52
Tezexan bey heqiqeten cox guclu insandir. Bir bele tezyiqe, isgenceye dozmek, her insanin isi deyil. elelxus da Fakhraddin Turk Oqlu kimi kolelerin.
Zarifa Mahaddinova
Zarifa Mahaddinova23 сентябрь г. 12:36
Bu qeder qeddarliq , bu qeder vehshilik neden dogur goresen ? Bunlarin meqsedi sinmayan bir adam buraxmamaqdi .
Razi Nurullayev
Razi Nurullayev23 сентябрь г. 12:19
Üzücü hal odur ki, Təzəxan bəyin son illərdəki həyatı bir ailə faciəsinə çevrilib. Hər dəfə xəbər alırıq ki, O, gah aclıq elan edir, gah özünü yandırmağa cəhd edir. Bu bir həm də sosial və siyasi problemdir. Belə problemlərin həllində hökumətlər vətəndaşının yanında olur, onun əzablaırnı azaltmaq üçün tədbirlər görür, köməkliklər göstərir. AXCP üzvü və rayon təşkilatının sədri olan bu insana isə düşdüyü ağır vəziyyətədn istifadə edərək, daha böyük siyasi təzyiqlər göstərilir. Bu nə dərəcədə ədalətin və cəmiyyətdəki siyasi abi-havanın göstəricisidir?
Seyyid Edalet
Seyyid Edalet23 сентябрь г. 12:18
Yeqin vaxti ile boyukleri bu Fakhraddin deyilen adama yltaq, qorxaq, qul olmagi oyredibler, bele meslehet veribler, ona gore de ozu de basqalarina bele meslehet verir.
Просмотреть все комментарии
Исходная публикация
Mammad Ibrahim
Mammad Ibrahim23 сентябрь г. 10:46
Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP sədri Əli Kərimlinin onu yoluxmağa gəldiyi xəbərini aldıq. AXCP sədrindən baş verənlərlə bağlı kiçik açıqlama aldıq.
Əli Kərimli iki ildir Azərbaycan hökumətinin bir vətəndaşı hədəf seçdiyini söylədi: "2010-cu ilin parlament seçkiləri zamanı hökumətdən irəli sürülmüş təkliflərə yox dediyinə, öz hüquqları uğrunda ardıcıl mübarizə apardığına, öz əqidəsinə sədaqətinə görə Təzəxan bəy hökumətin hədəfindədir. Hamı bilir ki, 2010-cu ildən ona təzyiqlər başladı. 2011-ci ilin aprel mitinqləri zamanı vəhşicəsinə döyüldü. Övladı təxribata çəkildi. Indi azyaşlı oğlu il yarımdır ki, həbsdədir. Ancaq Təzəxan bəydən əl çəkməyiblər. Onu işdən çıxarıblar, faktiki yaşayış yerindən didərgin salıblar, el-obasında yaşamağa imkan vermirlər. Indi də atasına qarşı uydurma bir ittihamla ən ağır cəzanı veriblər. Prosesin gedişində baş vermiş pozuntular, sonradan hökm zamanı nümayiş etdirilən qəddarlıq, açıq-aşkar sübut edir ki, Azərbaycan hakimiyyəti hələ də Təzəxan bəydən qisas almaq məqsədi güdür, hələ də təzyiqləri davam etdirir. Bu bir ailəyə qarşı həyata keçirilən olduqca vicdansız münasibətdir. Dövlət, dövlət hakimiyyəti öz vətəndaşının hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşını bədbəxt etmək, onun yaşam imkanlarını əlindən almaq, onun əzizlərini, doğmalarını repressiya edib yolundan döndərmək üçün dövlət mexanizimindən istifadə etməzlər. Dövlətin mahiyyəti dəyişib. Təzəxan bəyə qarşı bu repressiyanı həyata keçirən mexanizmin adı hər nədirsə, dövlət mexanizmi deyil. Bu bir cinayətkar dəstənin öz əsirliyində olan insanlarla davranışıdır".

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: