Sunday, September 23, 2012

Ответ: [XİLAS] Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP...

Fakhraddin Turk Oqlu,sen ovladlarina "boyuk...
Elcin Shukurlu 23 сентябрь г. 12:02
Fakhraddin Turk Oqlu,sen ovladlarina "boyuk sozune qulaq asmagi", ozunden vezifece boyuklere itaet etmeyi, qul, kole, yaltaq olamagi (ele ozun kimi) oyredersen, qoy onlar dizine doymesinler.
Предыдущие комментарии
Fakhraddin Turk Oqlu
Fakhraddin Turk Oqlu23 сентябрь г. 11:47
Böyük məslehetinə qulaq asmayan, dizine döyər.
Elxan Hesenoglu
Elxan Hesenoglu23 сентябрь г. 11:45
Təzaxan bəyə təskinlik vermək istərəm ,qardaşım Təzaxan bəy məndə sənin acını bölüşürəm,Əli bəy Kərimli bütün cəhbəci qardaşların belə cətin günlərinə şərik cıxmış böyük türk oğlu və liderimizdir.
Elcin Shukurlu
Elcin Shukurlu23 сентябрь г. 11:19
Təzəxan Mirələmli deyir ki, atasının həbsi özünün siyasi fəaliyyətinə görə olub: "Bu hadisələr olmazdan öncə, yəni 2010-cu il parlament seçkilərində namizədliyimi verəndə əvvəlcə rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərov mənimlə söhbət edib, bu yoldan çəkilməyimi məsləhət gördü. Qərarımda israrlı olduğumu bildirdikdə "sənə elə bir adam elçi düşəcək ki, ona etiraz edə bilməyəcəksən" cavabını verdi. Mən o adamın kimliyini bilirdim. Həmin şəxs Respublika Prokurorluğunda ittiham idarəsində şöbə rəisi işləyən Atabala Pənahov idi. Atabala Pənahov 2010-cu ilin oktyabrın 4-də Cəlilabada gələrək mənimlə "Şəhri Şuşa" kafesində söhbət etdi. O da namizədliyimdən imtina etməyi məsləhət gördü. Ondan bunu nəyə görə etməyimi soruşdum. "Bunun həm sənə, həm də ailəni xeyri olacaq" cavabını verdi. Hətta mənə 80 min manat məbləğində pul da təklif etdi. Bundan imtina etsəm də, bir daha fikirləşməyi məsləhət gördü. Səhəri gün onun israrıyla yenidən görüşdük və təkliflərini mənə xatırlatdı. Əlavə etdi ki, onun Cəlilabada səfəri mənimlə söhbət etmək və namizədliyimi geri götürməyə razı salmaq üçündür. "Sən geri çəkilməsən, məni işdən azad edəcəklər. Bu hökumət müxalifətdə olan qohumuma görə məni işdən çıxaracaq" fikrini də səsləndirdi. Heç bir halda geri çəkilməyəcəyimi onun diqqətinə çatdırdım. Bildirim ki, Atabala Pənahov atamın dayısı nəvəsidir".
Mammad Ibrahim
Mammad Ibrahim23 сентябрь г. 10:48
AXCP sədri deyir ki, Təzəxan bəyə qarşı baş verənlər Azərbaycan cəmiyyəti üçün həyəcan siqnalı olmalıdır: "Azərbaycanda bu qədər iyrənc təfəkkürün daşıyıcıları iş başındadır. Onlar bir vətəndaşa qarşı bu qədər haqsızlığı ardı-arası kəsilmədən eləyə bilirlər. Bu, bütün Azərbaycan cəmiyyətini hərəkətə keçirməli olan haqsızlıqdır. Təzəxan bəy çox möhkəm adamdır ki, bu qədər müddətdə belə bir təzyiqlərə dözür. Təzəxan bəy Azərbaycanda mübarizə aparan, apardığı mübarizəyə görə daim təqib olunan, ancaq bu təqiblərin qarşısında duruş gətirən, sınmayan, mənəvi müvazinətini saxlamağın örnəyini yaratmış bir insandır. On minlərlə əqidədaşı onunla mənən bir yerdədirlər. Onun mübarizəsində onunla həmrəydilər. Mən də bu gün onun Bakıda kirayə qaldığı evə özünə, ailəsinə təskinlik vermək üçün gəldim. Bilsin ki, əslində bu mənim fikrim deyil, on minlərlə cəbhədaşı onunla fəxr edir. Biz onun keçdiyi keşməkeşli yolda yaşadığı məhrumiyyətlərin şahidləriyik. Gözümüzün qabağında görürük ki, insan mənən nə qədər güclü ola bilər. Onun üzərinə qaragüruh kampaniyası ilə gələn rejimin bütün təxribatlarına baxmayaraq, yenə də ayaqda qalıb, yenə də mübarizəsini davam etdirir. Məhz belə insanların mübarizəsi bu antiinsani, antibəşəri rejimin sonunu gətirəcək".
Исходная публикация
Mammad Ibrahim
Mammad Ibrahim23 сентябрь г. 10:46
Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP sədri Əli Kərimlinin onu yoluxmağa gəldiyi xəbərini aldıq. AXCP sədrindən baş verənlərlə bağlı kiçik açıqlama aldıq.
Əli Kərimli iki ildir Azərbaycan hökumətinin bir vətəndaşı hədəf seçdiyini söylədi: "2010-cu ilin parlament seçkiləri zamanı hökumətdən irəli sürülmüş təkliflərə yox dediyinə, öz hüquqları uğrunda ardıcıl mübarizə apardığına, öz əqidəsinə sədaqətinə görə Təzəxan bəy hökumətin hədəfindədir. Hamı bilir ki, 2010-cu ildən ona təzyiqlər başladı. 2011-ci ilin aprel mitinqləri zamanı vəhşicəsinə döyüldü. Övladı təxribata çəkildi. Indi azyaşlı oğlu il yarımdır ki, həbsdədir. Ancaq Təzəxan bəydən əl çəkməyiblər. Onu işdən çıxarıblar, faktiki yaşayış yerindən didərgin salıblar, el-obasında yaşamağa imkan vermirlər. Indi də atasına qarşı uydurma bir ittihamla ən ağır cəzanı veriblər. Prosesin gedişində baş vermiş pozuntular, sonradan hökm zamanı nümayiş etdirilən qəddarlıq, açıq-aşkar sübut edir ki, Azərbaycan hakimiyyəti hələ də Təzəxan bəydən qisas almaq məqsədi güdür, hələ də təzyiqləri davam etdirir. Bu bir ailəyə qarşı həyata keçirilən olduqca vicdansız münasibətdir. Dövlət, dövlət hakimiyyəti öz vətəndaşının hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşını bədbəxt etmək, onun yaşam imkanlarını əlindən almaq, onun əzizlərini, doğmalarını repressiya edib yolundan döndərmək üçün dövlət mexanizimindən istifadə etməzlər. Dövlətin mahiyyəti dəyişib. Təzəxan bəyə qarşı bu repressiyanı həyata keçirən mexanizmin adı hər nədirsə, dövlət mexanizmi deyil. Bu bir cinayətkar dəstənin öz əsirliyində olan insanlarla davranışıdır".

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: