Sunday, September 23, 2012

Ответ: [XİLAS] Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP...

Böyük axtaranlar heç vaxt böyümürlər balaca...
Zabil Qehremanov 23 сентябрь г. 12:17
Böyük axtaranlar heç vaxt böyümürlər balaca qalırlar.Böyüklük axtarın o isə böyürdən yox daxildən gələsidir.
Предыдущие комментарии
Malik Islam
Malik Islam23 сентябрь г. 12:12
Bedbext. Ozu quldur, basqasina da boyuk "meslehetine" qulaq asmagi tovsiyye edir. Bilmir ki, bu dunyada AZADLIQ deyilen bir sey var Bedbext.
Fakhraddin Turk Oqlu
Fakhraddin Turk Oqlu23 сентябрь г. 12:11
Qul da varsan, yaltaqda, kole de. Bashinnan boyuk danishma
Elcin Shukurlu
Elcin Shukurlu23 сентябрь г. 12:02
Fakhraddin Turk Oqlu,sen ovladlarina "boyuk sozune qulaq asmagi", ozunden vezifece boyuklere itaet etmeyi, qul, kole, yaltaq olamagi (ele ozun kimi) oyredersen, qoy onlar dizine doymesinler.
Fakhraddin Turk Oqlu
Fakhraddin Turk Oqlu23 сентябрь г. 11:47
Böyük məslehetinə qulaq asmayan, dizine döyər.
Elxan Hesenoglu
Elxan Hesenoglu23 сентябрь г. 11:45
Təzaxan bəyə təskinlik vermək istərəm ,qardaşım Təzaxan bəy məndə sənin acını bölüşürəm,Əli bəy Kərimli bütün cəhbəci qardaşların belə cətin günlərinə şərik cıxmış böyük türk oğlu və liderimizdir.
Просмотреть все комментарии
Исходная публикация
Mammad Ibrahim
Mammad Ibrahim23 сентябрь г. 10:46
Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP sədri Əli Kərimlinin onu yoluxmağa gəldiyi xəbərini aldıq. AXCP sədrindən baş verənlərlə bağlı kiçik açıqlama aldıq.
Əli Kərimli iki ildir Azərbaycan hökumətinin bir vətəndaşı hədəf seçdiyini söylədi: "2010-cu ilin parlament seçkiləri zamanı hökumətdən irəli sürülmüş təkliflərə yox dediyinə, öz hüquqları uğrunda ardıcıl mübarizə apardığına, öz əqidəsinə sədaqətinə görə Təzəxan bəy hökumətin hədəfindədir. Hamı bilir ki, 2010-cu ildən ona təzyiqlər başladı. 2011-ci ilin aprel mitinqləri zamanı vəhşicəsinə döyüldü. Övladı təxribata çəkildi. Indi azyaşlı oğlu il yarımdır ki, həbsdədir. Ancaq Təzəxan bəydən əl çəkməyiblər. Onu işdən çıxarıblar, faktiki yaşayış yerindən didərgin salıblar, el-obasında yaşamağa imkan vermirlər. Indi də atasına qarşı uydurma bir ittihamla ən ağır cəzanı veriblər. Prosesin gedişində baş vermiş pozuntular, sonradan hökm zamanı nümayiş etdirilən qəddarlıq, açıq-aşkar sübut edir ki, Azərbaycan hakimiyyəti hələ də Təzəxan bəydən qisas almaq məqsədi güdür, hələ də təzyiqləri davam etdirir. Bu bir ailəyə qarşı həyata keçirilən olduqca vicdansız münasibətdir. Dövlət, dövlət hakimiyyəti öz vətəndaşının hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşını bədbəxt etmək, onun yaşam imkanlarını əlindən almaq, onun əzizlərini, doğmalarını repressiya edib yolundan döndərmək üçün dövlət mexanizimindən istifadə etməzlər. Dövlətin mahiyyəti dəyişib. Təzəxan bəyə qarşı bu repressiyanı həyata keçirən mexanizmin adı hər nədirsə, dövlət mexanizmi deyil. Bu bir cinayətkar dəstənin öz əsirliyində olan insanlarla davranışıdır".

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: