Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP sədri Əli Kərimlinin onu yoluxmağa gəldiyi xəbərini aldıq. AXCP sədrindən baş verənlərlə bağlı kiçik açıqlama aldıq.
Əli Kərimli iki ildir Azərbaycan hökumətinin bir vətəndaşı hədəf seçdiyini söylədi: "2010-cu ilin parlament seçkiləri zamanı hökumətdən irəli sürülmüş təkliflərə yox dediyinə, öz hüquqları uğrunda ardıcıl mübarizə apardığına, öz əqidəsinə sədaqətinə görə Təzəxan bəy hökumətin hədəfindədir. Hamı bilir ki, 2010-cu ildən ona təzyiqlər başladı. 2011-ci ilin aprel mitinqləri zamanı vəhşicəsinə döyüldü. Övladı təxribata çəkildi. Indi azyaşlı oğlu il yarımdır ki, həbsdədir. Ancaq Təzəxan bəydən əl çəkməyiblər. Onu işdən çıxarıblar, faktiki yaşayış yerindən didərgin salıblar, el-obasında yaşamağa imkan vermirlər. Indi də atasına qarşı uydurma bir ittihamla ən ağır cəzanı veriblər. Prosesin gedişində baş vermiş pozuntular, sonradan hökm zamanı nümayiş etdirilən qəddarlıq, açıq-aşkar sübut edir ki, Azərbaycan hakimiyyəti hələ də Təzəxan bəydən qisas almaq məqsədi güdür, hələ də təzyiqləri davam etdirir. Bu bir ailəyə qarşı həyata keçirilən olduqca vicdansız münasibətdir. Dövlət, dövlət hakimiyyəti öz vətəndaşının hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşını bədbəxt etmək, onun yaşam imkanlarını əlindən almaq, onun əzizlərini, doğmalarını repressiya edib yolundan döndərmək üçün dövlət mexanizimindən istifadə etməzlər. Dövlətin mahiyyəti dəyişib. Təzəxan bəyə qarşı bu repressiyanı həyata keçirən mexanizmin adı hər nədirsə, dövlət mexanizmi deyil. Bu bir cinayətkar dəstənin öz əsirliyində olan insanlarla davranışıdır".
No comments:
Post a Comment