| Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. SalamNews-un verdiyi məlumata görə, hadisə yerində xeyli sayda yanğınsöndürmə briqadası göndərilib. Hazırda tədbirlər davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutundan verilən məlumata görə, Lökbatan palçıq vulkanı sonuncu dəfə 2010-cu ildə püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir. Vulkan püskürərkən güclü yanğın müşahidə edilib. Artıq təhlükə aradan qaldırılıb. |
No comments:
Post a Comment