Sunday, September 23, 2012

Ответ: [XİLAS] Hər dəfə müxalifətin hakimiyyətə gəlməsinin...

Laçın müəllim,fikir azadlığı var,razı ola...
Шахин Джавадов 24 сентябрь г. 11:56
Laçın müəllim,fikir azadlığı var,razı ola bilərsiniz.Bəlkə mənim yazdıqlarıma siz bir cavab yazasınız?Şad olardım
Предыдущие комментарии
Lacin Askerli
Lacin Askerli24 сентябрь г. 11:48
Asif bəyin fikirləri ilə tam razıyam.
Шахин Джавадов
Шахин Джавадов24 сентябрь г. 9:21
Asif müəllim,siz hər şeyi olduqca bəsit təsvir etmisiniz.Azərbaycanda iç durumun dəqiq təhlilini verin bir zəhmət.Və ondan sonra hakimiyyətin hansı şıkildə dəyişilə biləcəyinin modelini ortaya qoyub, isbat edin.Bizi gürcülərlə müqayisə etmək tam yanlışdır.Çünki,birincisi onlar xristiandır.Əllərinə boşuna səlib yürüşlərinin bayrağı tutuşdurulmayıb.2-cisi onların geniş bir perspektivi,dünya gücü olmaq imkanları yoxdur,yəni biz türkük və Türan aşiqləriyik.Ardını da siz yazsanız şad olardım.
Asif Bagirov
Asif Bagirov24 сентябрь г. 8:40
Harvardı qurtaran bir nəfər vardı də,ilk sınaqdaca sındı...Bir də ki,təmiz müxalifətin konturları necə olur...
Fakhraddin Turk Oqlu
Fakhraddin Turk Oqlu23 сентябрь г. 22:49
Gurgustandan ferqli olaraq Azerbaycanda hemin simalar iqtidara gelmek isteyir! Gurgustanda Qamsaxurdiyachilar hech vaxt vezifeye gele bilmezdir. Bizde heleki muxalifetin bashinda duranlar xalqin nifretini qazananlar olacaq, hech ne deishmeyecek. Yeni, temiz, xalqin seven, qarpiz satan yox, Kembridj qurtaran, muxalifet lazimdir.
Исходная публикация
Asif Bagirov
Asif Bagirov23 сентябрь г. 22:20
Hər dəfə müxalifətin hakimiyyətə gəlməsinin vacibliyi vurğulananda,hökmən kimsə tapılır bu sualı verməyə :"...bir dəfə gəlmişdələr də neyləyə bildilər ki..." Bu sual,"XİLAS" və "İSTEFA" quruplarında da tez – tez səslənir.Fikirlərimi bu sualın sahibləri ilə bölüşmək istəyirəm: - "BİR DƏFƏ HAKİMİYYƏTƏ GƏLMİŞDİLƏR DƏ..." – CƏNABLAR,Azərbaycanla eyni dövrdə Gürcüstanda da müxalifət (Qamsaxurdiya)hakimiyyətə gəlmişdi.Və Gürcüstanın durumu,Azərbaycanla müqayisədə qat-qat ağır idi. Paytaxt Tbilisi bombalanır,prezident sarayı gülləbaran edilir,ölkə vətəndaş müharibəsinin astanasındadır.Şvernadze çıxışlarının birində demişdi:"...Gürcüstan artıq diz çöküb,daha neyləmək lazımdır ki,bizdən əl çəksinlər..."Eyni üsulla,Azərbaycanda olduğu kimi,dövlət çevrilişi edib,Rusiyaya yaxın Şvernadzeni hakimiyyətə gətirdilər- RÜŞBƏT,KORRUPSİYA,TALAN VƏ SABİTLİK...Ancaq,gürcü xalqı, bizdən fərqli olaraq,"...bir dəfəhakimiyyətə gəlmişdilər də..." – deyib Şvernadzenin ətəyindən yapışmadılar.Əlləri üstündə Saakaşvilini hakimiyyətə gətirdilər.Və şərait,90-cı illərdən köklü şəkildə fərqləndiyi üçün,idarəetmə təcrübəsi olmayan Saakaşvili,Qərbin dəstəyi ilə ölkəni demokratik inkişaf yoluna çıxara bildi...Gürcüstanda olduğu kimi Azərbaycanda da hadisələr eyni senari ilə aparıldı.Xalqın sevərək Prezident seçdiyi ELÇİBƏY hakimiyyəti devrildi.Hakimiyyətə Heydər Əliyev gətirildi.Dərhal,söz verilibmiş kimi,torpaqlarımızın 20% itirildi.RÜŞVƏT,KORRUPSİYA,XALQIN SƏTVƏRLƏRİNİN TALANMASI VƏ SABİTLİK...Və bu rejim özhakimiyyətini qorumaq üçün,Xalqı, "...bir dəfə hakimiyyətə gəlmişdilər də..." qorxusu altında saxlamaq istəyir.Amma,indi şərait başqadır...92-ci ildə QƏRB nə qədər uzaqda idisə, Rusiya bir o qədər yaxındaydı.İndi isə əksinədir,Qərb nə qədər yaxındadırsa,Rusiya bir o qədər uzaqdadır.Ona görə də hakimiyyətəgələn müxalifətin devrilmək şansı sıfıra bərabərdir.92-ci ildə müxalifət,ordusu olmayan,dövlətin idarəetmə strukturları iflic vəziyyətində olan,büdcəsi bom boş ,müharibə aparan bir dövlətin başına gəlmişdi...İndi isə,ölkənin təkcə təbii sərvətlərindən milyardlarla manat qazanc gəlir.Müxalifətin hakimiyyətə gəlməsindən sonra,bir neçəay bəs edəcək ki,bu pulların tə"sirini öz həyatında hiss edəsən.Məhkəmələr müstəqil olacaq və dərhal hüquqlarının qorunduğunun şahidi olacaqsan.Rüşvət aradan qalxacaq,ölkə iqtisadiyyatının üzərindən monopoliya,inhisarçılıq götürüləcək.Ölkə iqtisadiyyatı indikindən daha çox inkişaf edəcək və nəhayət,bütün bunları bizim üçün edən prezidentə(O,indiki müxalifət liderlərindən biri olacaq)biz "SAĞ OL " deməyəcəyik.Ona görə ki,bu sözlər Gürcüstanda olduğu kimi Azərbaycanda da Reallığı əks etdirəcək : SAAKAŞİVİLİ – MƏN XALQIN 90% SƏSİNİ QAZANDIM,ONA GÖRƏ YOX Kİ,XALQ MƏNİ SEVİRDİ,ONA GÖRƏ Kİ,XALQ BU REJİMƏ NİFRƏT EDİRDİ

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: