Monday, September 24, 2012

Ответ: [XİLAS] Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP...

Fexrimizsen Tezexan Mirelemli bey.
Togrul Turkesh 24 сентябрь г. 14:26
Fexrimizsen Tezexan Mirelemli bey.
Предыдущие комментарии
Taceddin Letifli
Amil Mustafayev
Amil Mustafayev23 сентябрь г. 23:18
Lenet olsun
Nabatali Qulamoglu
Nabatali Qulamoglu23 сентябрь г. 23:01
Bu hakimiyyətə Təzəxan kimi müəllimlər nəinki lazım deyil, hətta düşməndir- dava bunun davasıdır.
Samire Elmanqizi
Samire Elmanqizi23 сентябрь г. 22:56
"Bir addımda geti çəəkilmək fikrində deyiləm"bax bu davranış hakimiyyəti sındırır,onu əzir, bunun üçün atdığı hər addımda daha da vəhşiləşir,dözülməz olur.Bu vəhşi hakimiyyətə qarşı bir olmamız lazım!
Zarifa Mahaddinova
Zarifa Mahaddinova23 сентябрь г. 22:41
Mirze Qelender , eslinde Tezexan bey bizi tek qoymur hec vaxt ! Butun cetin meqamlarda yanimizdadir .
Просмотреть все комментарии
Исходная публикация
Mammad Ibrahim
Mammad Ibrahim23 сентябрь г. 10:46
Biz Təzəxan Mirələmlinin evini tərk edəndə AXCP sədri Əli Kərimlinin onu yoluxmağa gəldiyi xəbərini aldıq. AXCP sədrindən baş verənlərlə bağlı kiçik açıqlama aldıq.
Əli Kərimli iki ildir Azərbaycan hökumətinin bir vətəndaşı hədəf seçdiyini söylədi: "2010-cu ilin parlament seçkiləri zamanı hökumətdən irəli sürülmüş təkliflərə yox dediyinə, öz hüquqları uğrunda ardıcıl mübarizə apardığına, öz əqidəsinə sədaqətinə görə Təzəxan bəy hökumətin hədəfindədir. Hamı bilir ki, 2010-cu ildən ona təzyiqlər başladı. 2011-ci ilin aprel mitinqləri zamanı vəhşicəsinə döyüldü. Övladı təxribata çəkildi. Indi azyaşlı oğlu il yarımdır ki, həbsdədir. Ancaq Təzəxan bəydən əl çəkməyiblər. Onu işdən çıxarıblar, faktiki yaşayış yerindən didərgin salıblar, el-obasında yaşamağa imkan vermirlər. Indi də atasına qarşı uydurma bir ittihamla ən ağır cəzanı veriblər. Prosesin gedişində baş vermiş pozuntular, sonradan hökm zamanı nümayiş etdirilən qəddarlıq, açıq-aşkar sübut edir ki, Azərbaycan hakimiyyəti hələ də Təzəxan bəydən qisas almaq məqsədi güdür, hələ də təzyiqləri davam etdirir. Bu bir ailəyə qarşı həyata keçirilən olduqca vicdansız münasibətdir. Dövlət, dövlət hakimiyyəti öz vətəndaşının hüquq və azadlıqlarını qorumalıdır. Vətəndaşını bədbəxt etmək, onun yaşam imkanlarını əlindən almaq, onun əzizlərini, doğmalarını repressiya edib yolundan döndərmək üçün dövlət mexanizimindən istifadə etməzlər. Dövlətin mahiyyəti dəyişib. Təzəxan bəyə qarşı bu repressiyanı həyata keçirən mexanizmin adı hər nədirsə, dövlət mexanizmi deyil. Bu bir cinayətkar dəstənin öz əsirliyində olan insanlarla davranışıdır".

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: