Monday, September 24, 2012

Ответ: [XİLAS] AXCP sədri Əli Kərimli "Azəbaycan saatı"...

Amil bəy yuxarida yazdigim şərhi bir daha...
Samir Kazimli 24 сентябрь г. 14:45
Amil bəy yuxarida yazdigim şərhi bir daha yenidən paylaşıram: YAP-la birgə müraciət imzalayan müxalifət partiyaları deyir ki biz yalnız Avropa Parlamentinin qətnaməsində Ramil Səfərovla bağlı olan hissəyə etiraz etmişik. Amma imzaladıqları müraciət də isə belə deyil. Müraciətdən hissələr:"…Avropa Parlamentində qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
…Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv, qərəzli və ikili standartların növbəti təzahürü hesab edirik".
Müraciətdə axı konkret yazılmayıb ki, biz qətnamədə R.Səfərovla bağlı məsələyə etiraz edirik.

Və AP qətmanəsində R.Səfərova maaş və mayor rütbəsi verilməsindən narahat olunduğu qeyd olunub.
Amma YAP-la müxalifətin birgə imzaladığı müraciətdə R.Səfərova mayor rütbəsinin necə, nə üçün, hansı qanun əsasında verildiyi əks və izah olunmayib.
Mən artıq yoruldum bu fikirləri yazmaqdan, amma hələ də bu suallara cavab tapa bilmirəm. Dünən burada yuxarda yazdığım şərhdə də bunların hamısını ətraflı qeyd etmişəm. Bir daha bildirirəm ki bu müzakirədə iştirak etməyim kimlərisə gözdən salmaq deyil. Sadəcə hesab edirəm ki o müraciətin bu formada hazırlanması siyasi baxımdan savadsız hazırlanıb.
Предыдущие комментарии
Samir Kazimli
Samir Kazimli24 сентябрь г. 14:43
Amil bəy Əli bəyin çıxışını dinləmişəm. Yaxşı çıxışdır. Amma mən tamam başqa şeydən danışıram. 3-cü dəfə yaziram YAP-la müxalifətin müraciətində yazilib ki biz ancaq Ramil Səfərovla olan hissəyə etiraz edirik? Yox yazilmayib. Zəhmət olmasa diqqətlə oxuyun.
Amil Huseiinli
Amil Huseiinli24 сентябрь г. 14:34
Samir bey yuxaridaki cixisi dinleseniz suallariniza tam cavab tapmis olarsiniz. avropa parlamentinin butun qetnameleri deyil ramille bagli olan qetnameye ikili standartlardan cixis etdiklerine gore etiraz edilir. fikri yanlis yere yonlendirirsiniz. bu muracietde cox aciq qeyd olunur ki partiyalar ramil seferovla bagli qetnameye birge etirazlarini bildirirler
Азер Рамизоглу
Азер Рамизоглу23 сентябрь г. 23:24
Buna deyerler oturdugu budagi baltalamag. Bu addimin fesadlarin hele cox hiss edeceyik
Samir Kazimli
Samir Kazimli23 сентябрь г. 23:04
YAP-la birgə müraciət imzalayan müxalifət partiyaları deyir ki biz yalnız Avropa Parlamentinin qətnaməsində Ramil Səfərovla bağlı olan hissəyə etiraz etmişik. Amma imzaladıqları müraciət də isə belə deyil. Müraciətdən hissələr:"…Avropa Parlamentində qəbul olunmuş qətnamə, bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
…Avropa Parlamentinin qəbul etdiyi məlum qətnaməyə öz qəti və birmənalı etirazımızı bildirir, bu sənəddə əks olunan müddəaları qeyri-obyektiv, qərəzli və ikili standartların növbəti təzahürü hesab edirik".
Müraciətdə axı konkret yazılmayıb ki, biz qətnamədə R.Səfərovla bağlı məsələyə etiraz edirik.

Və AP qətmanəsində R.Səfərova maaş və mayor rütbəsi verilməsindən narahat olunduğu qeyd olunub.
Amma YAP-la müxalifətin birgə imzaladığı müraciətdə R.Səfərova mayor rütbəsinin necə, nə üçün, hansı qanun əsasında verildiyi əks və izah olunmayib.
Mən artıq yoruldum bu fikirləri yazmaqdan, amma hələ də bu suallara cavab tapa bilmirəm. Dünən burada yuxarda yazdığım şərhdə də bunların hamısını ətraflı qeyd etmişəm. Bir daha bildirirəm ki bu müzakirədə iştirak etməyim kimlərisə gözdən salmaq deyil. Sadəcə hesab edirəm ki o müraciətin bu formada hazırlanması siyasi baxımdan savadsız hazırlanıb.
Samir Kazimli
Samir Kazimli23 сентябрь г. 22:48
Hörmətli dostlar hər birinizin yazdıqlarınızı oxudum. Hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Əgər bəziləri dedikdə, konkret məni nəzərdə tutursunuzsa və belə olan halda bəziləri yerinə mənim adimi yaza bilərsiniz. Qətiyyən sizdən incimərəm belə olan halda. Bu bir sivil ictimai müzakirədir, hər kəs öz mövqeyini nümayiş etdirir. Bir daha Əli Kərimli ilə bağlı mövqeyimi demək istəyirəm. Əli bəyə olan münasibətimi məni taniyan cəbhəci dostlarim bilir. Bir daha qeyd edirəm ki, Əli Kərimli bu hakimiyyətlə qanunun verdiyi imkanlar daxilində mübarizəsini aparir, hakimiyyətin qanunsuz əməllərini sərt tənqid edir və neçə illərdir ki, hakimiyyət davamli olaraq Əli bəyə, onun yaxınlarına, partiyasına qarşı təzyiq və təzqiblərini həyata keçirir. Bu haqda çox danushmaq olar. Amma hamı hər şeyi bilir. O ki qaldi Ramil Səfərov məsələsinə, bu məsələyədə toxunmaq istəmirəm. Bu məsələdə hər kəsin mövqeyi artiq məlumdur. Amma mən tamam başqa şeydən danışıram və yuxarida bu barədə yazmishamda, misal üçün silkalarda paylashmisham. Söhbət YAP-la muxalifətin birlikdə imzaladıqlari və Avropa Parlamentinə göndərdikləri müraciətdən gedir. Çox xahiş edirəm mümkünsə AP qətnaməsini və partiyalarin müraciətini oxuyun.
Просмотреть все комментарии
Исходная публикация
Gozel Bayramli
Gozel Bayramli21 сентябрь г. 22:36
AXCP sədri Əli Kərimli "Azəbaycan saatı" proqramında son günlərin ən çox müzakirə olunan məsələlərinə aydınlıq gətirdi...

Əli Kərimli:Bilirsiz ki, bu günlərdə 9 il cəza çəkəndən sonra Ramil Səfərov Azərbaycana ekstradisiya olundu və azad olundu. Bundan sonra beynəlxalaq təşkilatlar tərəfindən Azərbaycana qarşı bir kampaniya başlandı, demək olar ki, əksər nüfuzlu qurumlar bu məsələyə münasibət bildirdilər, Azərbaycanın hərəkətini pislədilər, hətta Ramil Səfərovun yenidən həbs olunmasını, həbsxanaya qayıtmasını tələb etdilər. Bizim bu müraciətimiz bununla bağlı idi ki, nəyə görə həmin qərb qurumları, Avropa Birliyinin qurumları vaxtilə Ermənistan heç öz vətəndaşı olmayan, erməni millətindən olan terrorçuları azad eliyib, onları Ermənistanda qəhrəman kimi qarşılayanda hamı susmuşdu, hansı ki, həmi terrorçular Qarabağda Azərbaycan qarşı vuruşdular, Xocalı soyqırımında iştirak etdilər. Ancaq onlar azad olunanda heç bir etiraz olmamışdı. Biz R.Səfərovu həmin terrorçularla heç müqayisə eləmirik, o, mütəmadi təhqirlərə məruz qalmış,Qarabağ bölgəsindən olub, çoxlu sayda qohumları, yaxınları bu müharibədə şəhid olmuş bir insanın tərəfindən baş vermiş hadisədir və 9 il də artıq cəza çəkib. Ona görə də biz hesab elədik ki, bu bütövlükdə Azərbaycanın problemidir. Biz Ramil Səfərovu həmişə müdafiə etmişik. Son vaxtlar hakimiyyət R.Səfəovun azad olunmasından daha çox özünün piar aksiyası kimi istifadə edir, biz bunu doğru saymırıq. Ammma onun həbsdə olduğu 9 ilə yaxın müddətdə onu həmişə gündəmdə saxlamışıq. Biz müxalifət olaraq onu həmişə müdafiə etmişdik. Biz biganə qala bilmərik ki, azərbaycanın vətəndaşına, zabitinə qarşı belə qərəzli münasibət olsun. Bu müraciət qətnamədəki Ramil Səfərovla bağlı müddəalarla bağlı idi....
Azərbaycan xalqına çatdırmaq istədik ki, bzi Azərbaycanın hər bir vətəndaşını müdafiə edirik, hər bir dara düşən vətəndaş hiss eləməlidir ki, Azərbaycanın aparıcı siyasi qüvvələri, müxalifət partiyaları onalın arxasındadır. Bizim siyasətimiz vətəndaş üçündür, hər bir vətəndaşımızın hüquq və azadlıqları üçün olan siyasətdir...
Son illər ərzində Azərbaycan hökuməti müxalifətə qarşı düşməncəsinə davranıb. Bütün vasitələrlə bizə qarşı kampaniyalar aparılıb. Biz bu qədər təzyiqlərə məruz qalmağımıza baxmayaraq bizim məruz qaldığımız bu repressiyalar, bu təzyiqlər bizi kinli və qisasçı eləmiyib. Biz yenə də hesab edirik ki, ölkənin mənafeyindən söhbət getsə, vətəndaşının mənafeyindən söhbət getsə biz yenə də ölkənin siyasi qüvvələri olaraq, o cümlədən iqtidar partiyası ilə, hökumətin özü ilə bir masa ətrafında oturub problemlərimizi həll edə bilərik. Bu Azərbaycan müxalifətinin özünə olan qeyri - sivil münasibətə baxmayaraq hələ də sivil, dinc mübarizəyə üstünlük verməsinin göstəricisidir. Biz köklü dəyişikliklər üçün çalışırıq. Amma biz bu köklü dəyişikliklərin ərəb ölkələrində olduğu kimi qanlı, böyük qarşıdurmalarla olmasını istəmirik. Biz bunu daha məxməri, daha dinc yolla olmasını istəyirik. Azərbaycan cəmiyyəti bilməlidir ki, bizə qarşı olan bütün bu aqressiv münasibətə baxmayaraq, dövlət, millət mənafeləri gələndə masa arxasında oturub bütün məsələləri müzakirə etməyə hazır siyasi qüvvəyik....
Azərbaycan torpaqları hələ işğal altındadır. Hələ Azərbaycana qəhrəmanlar, əsgərlər, döyüşən insanlar çox lazım olacaq. Biz əlbəttə ki, istəyirik ki, torpaqlarımızı dinc yolla əldə eliyək, geri qaytaraq. Ancaq Azərbaycanın vətəndaşları, xüsusilə ordu vuruşmağa, vətən üçün ölüb-öldürməyə hazır olmalıdır. Onlar əmin olamldırlar ki, onalrın arxasınad siyasi qüvvələr dayanacaqlar. Bunu AXCP-dən yaxşı kim başa düşə bilər ki? Azərbaycan Xalq Cəbhəsi sıaralarınadan Qarabağ döyüşlərində minlərlə şəhid verib, AXC-nin sıralarında onlarla Milli Qəhrəman yetişib. Ona görə də bizim bu müraciəti imzalamaqda, Ramil Səfərova arxa olmaqda, bir məqsədimiz, bir mesajımız da Azərbaycanın əsgərinə, zabitinə, ordusuna verilən mesajdır. Onlar bilməlidrlər ki, biz hökumətə müxalifət olsaq da, biz dövlətə, orduya müxalifət deyilik. Hər bir əsgər, hər bir zabit, hər bir Azərbaycan üçün vuruşan insan arxasında Azərbaycanın milli-demokartik qüvvələrinin, Xalq Cəbhəsinin və digər prinsipial mövqedə olan partiyaların olduğunu bilməlidir...
Bu qüvvə milli bir qüvvədir, millətin bağrından çıxmış bir qüvvədir. Bu qüvvə heç kimə bağlı deyil, bizim ancaq bağlı olduğumuz Azərbaycan xalqıdır... Azərbaycan xalqının mənafeyi üçün hesab eliyirik ki, Azərbaycan qərbə, avropaya inteqrasiya etsin. Birdən inteqrasiya üçün üz tutduğumuz ünvandan haqsızlıq görsək, Azərbaycan xalqı çox aydın şəkildə bilməlidir ki, onun mənafeyi bizim üçün ən üstün mənafedir. Onun mənafeyi, Azərbaycan vətəndaşlarının mənafeyi tələb edərsə, biz o mənafeləri qərbdən dən, şimaldan da, cənubdan da, bütün istiqamətlərdən də qorumağa hazırıq. Bizim üçün xalqdan və vətəndaşlarımızın hüquqlarından üstün bir dəyər yoxdur...
Biz Azərbaycan hökumətini yarıtmaz hesab edirik. Biz hesab edirik ki, nəinki bir il, bir ay, bir gün bu hökumətin əlavə davam eləməsi Azərbaycanda yüz minlərlə insanların hüquqlarının pozulamsı deməkdir, yüz minlərlə yeni ədalətsizlik deməkdir, Azərbaycanın milyonlarla, milyardlarla sərvətinin yenidən talan edilməsi deməkdir. Bizim mübarizəmiz çox aydın və açıq şəkildə ifadə olunub ki, biz ölkədə köklü dəyişikliklərə nail olmaq uğrunda mübarizə aparırıq. Nədir köklü dəyişikliklərə nail olmaq rejim dəyişikliyinə nail olmaq uğrunda mübarizə aparırıq. Biz Bu rejim dəyişikliyinə də naail olacağıq. Hər hansı bir qüvvə, hər hansı bir səbəb bizi bu hədəfdən bizi yayındıra bilməz. Bizim vətəndaşlarımız bunu bilməlidirlər ki, tərfdarlarımız da bilib əmin olmalıdırlar, AXCP-nin və onun İP üzrə müttəfiqlərinin Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq, rejim dəyişikliyinə demokratik vasitələrlə nail olmaq hədəfi əsas hədəf olaraq qalır və heç nə bu hədəfi dəyişə bilməz!!!
Əli Kərimli müxalifətin YAP-la imzaladığı sənədi şərh edir
www.youtube.com
Əli Kərimli: " Ramil Səfərovu dəstəkləyərkən biz həm də cəmiyyətə o mesajı verdik ki, bizə savaşan, ...

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: