Iqtidar bütün gücünü müxalifəti məhv etməyə sərf edir, onun bütün maliyyə mənbələrini kəsir, üzvlərini həbs etdirir, pulla ələ alır, öldürür. Sonra isə deyir ki, müxalifət zəifdir. Başa düşmür ki, müxalifətin zəifliyi dövlətçiliyin zəifliyi deməkdir, çünki alternativ düşüncə olmayan yerdə heç zaman inkişaf olmaz.
Bununla belə müxalifətn belə amansız iqtidar qarşısında orta asiya ölkələrindən fərqli olaraq tam məhv olmaması onu deməyə əsas verir ki, Azərbaycan müxalifəti əslində çox güclüdür, əks halda bu qədər repressiya qarşısında çoxdan yox olardı.
Müxalifətin gücü xalqdadır, amma iqtidarın gücü saxladığı minlərlə silahlı dəstələrdə, heft pullarındadır. Əli Kərimli demişkən müxalifətin pulu yoxdur ki, ordu saxlasın iqtidar kimi, buna görə də xalq mçüxalifətin arxasında durmalıdır ki, müxalifət güclənsin, daha kənardan durub müxalifəti ittiham etmək lazım deyil, bu özü özünü ittiham deməkdir.
No comments:
Post a Comment