Wednesday, September 19, 2012

[Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu] Abşeron Yarımadası.

Abşeron Yarımadası. Lökbatan palçıq vulkanı...
Lachin Novruzov 20 сентябрь г. 11:52
Abşeron Yarımadası.
Lökbatan palçıq vulkanı


Vulkan Bakıdan 15 km cənub-qərb istiqamətində Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşir. Vulkan oroqrafik cəhətdən zirvəsində iki gümbəz şəkilli yüksəklikdən ibarətdir. Bu iki yüksəklik arasında 1887-ci ildə üçüncü dəfə püskürmədən sonra əmələ gəlmiş yüksək krater sahəsi yerləşir. Vulkanın mütləq hündürlüyü 98 m, yer səthinə nisbətən hündürlüyü isə 130 m-dir. Püskürmələrin sayına görə «dünya rekordçusu» olan Lökbatan Azərbaycanın ən aktiv palçıq vulkanıdır. 1829-cu ildən başlayaraq o 22 dəfə püskürmüşdür. Vulkan axırıncı dəfə 2001-ci ilin oktyabr ayında püskürmüşdür.
Bütün püskürmələr yer səthinə böyük həcmdə vulkan brekçiyasının çıxması, qazların alışıb yanması, alovun bəzən 300-400 m hündürlüyə qalxması, brekçiyanın yamac boyunca 200-300 m-dən çox axması ilə müşayiət olunmuşdur. Vulkan brekçiyasının örtüyü 425 ha sahəni əhatə edir. Azərbaycanda neft hasilatı tarixinin bir çox səhifələri Lökbatan palçıq vulkanı ilə bağlıdır. Uzun zaman palçıq vulkanlarının olduğu sahələr sənaye karbohidrogen ehtiyatlarının axtarılması üçün perspektivsiz sayılırdı. Palçıq vulkanizminə neft və qaz yataqlarının dağılması amili kimi baxılırdı. Bununla yanaşı bir çox geoloqlar bu fikirlə razılaşmır və bunun əksini qəbul edirdilər. Bəziləri hətta vulkan sahələrində neft quyuları qazmağı təklif edirdilər. Bu məsələ ilə əlaqədar diskussiyalara 1933-cü ildə son qoyuldu. Həmin il Lökbatan palçıq vulkanında qazılmış 45 saylı quyu 20 min ton debitlə fontan vurdu və bununla da sübut olundu ki, vulkanlar yataqları dağıtmır. Beləliklə, Lökbatan vulkanı misalında keçmiş Sovet İttifaqında ilk dəfə olaraq palçıq vulkanları ilə neft yataqlarının genetik əlaqəsi təsdiq olundu və palçıq vulkanlarının axtarılması zərurəti meydana çıxdı. Maraqlıdır ki, Lökbatan yatağının istismar olunduğu müddət ərzində yer təkindən 27 mln tondan çox neft və 1 mlrd m3 qaz hasil edilmişdir. Məşhur 45 saylı quyu isə indiyədək istismar olunur.
Bu gün neft hasilatı ilə məşğul olan və çox saylı sayda püskürmələriylə yadda qalan Lökbatan palçıq vulkanı növbəti dəfə püskürdü.Püskürmə orta səviyyədədir.Lökbatan palçıq vulkanları Bakı və Abşeron yarımadası palçıq vulkanları qrupu Dövlət təbiət qoruğuna aid olmasada Xüsusi mühafizə olunan Dövlət təbiət abidələri sırasına daxildi.

Просмотреть публикацию в Facebook · Редактировать настройки электронной почты · Ответьте на это сообщение, чтобы добавить комментарий.

No comments: